Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Saakaşvilinin vəziyyəti AĞIRLAŞDI

Gürcüstanın həbsdə olan keçmiş Prezidenti Mixeil Saakaşvilinin səhhəti pisləşib.
Bu barədə onun anası Giuli Alasania jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, M.Saakaşvili mart ayından bəri çox çəki itirib və mütəmadi olaraq qızdırması olur.
G.Alasania əlavə edib ki, həkimlər çox çalışsalar da, xəstəliyin səbəbini müəyyən edə bilməyiblər. Əksinə, sabiq Prezidentin vəziyyəti getdikcə ağırlaşır.
G.Alasania M.Saakaşvilinin müalicə üçün xarici ölkəyə nəql edilməyi gözlədiyini deyib.
Qeyd edək ki, ötən il sentyabrın sonunda qanunsuz yollarla Gürcüstana qayıtmış M.Saakaşvili oktyabrın 1-də Tbilisidə qaldığı mənzildə həbs edilib. Sabiq Prezident həbsxanada keçirdiyi aclıq aksiyalarından sonra səhhətində yaranmış problemlərlə əlaqədar bir müddətdir Tbilisidəki özəl klinikalardan birində müalicə alır. \\Redaktor

Tarix: 04 noyabr 2022
Baxış: 732

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş