Bir çox dini və folklor miflərə mövzu olan əncir ağacı həm tarixə şahidlik edib, həm də onu formalaşdırmışdır. Yer üzündə 750-dən çox əncir növünün olduğu deyilir. Heç bir bitki əncir qədər insan təxəyyülünə belə təsir göstərməmişdir. Hər bir dində adı çəkilən əncir, eyni zamanda padşahların, kraliçaların, elm adamlarının da diqqətinə təsirsiz ötüşməyib.
Əncir ağacları alma və şaftalı ağacları kimi çiçək açmır. Onun çiçəkləri armudvari barama içərisində açılır və sonra yetişərək yediyimiz meyvələrə çevrilir. Hər bir çiçək daha sonra “achen” adlanan tək toxumlu, sərt qabıqlı bir meyvə verir. Hər bir əncir bir neçə akendən ibarətdir. Beləliklə, biz əncir yeyəndə əslində birdən çox meyvə yeyirik.
Əncir çiçəkləri qapalı şəraitdə böyüdüyü üçün xüsusi tozlanma prosesinə ehtiyac duyurlar. Tozcuqları yaymaq üçün küləyə və ya arılara ehtiyac duysalar da bu mümkün deyil. Bu arada əncir arısı dövrəyə girir. Əncir, genetik növünü yaymaq üçün əncir arısı olmadan bunu həyata keçirə bilməz. Əncir arısı da sürfələrini burada qoyduğu üçün əncirsiz yaşaya bilməz. Bu münasibət mutualizm (iki canlının qarşılıqlı yardımlaşması) adlanır .
Dişi əncir arısı yumurta qoymaq üçün erkək əncirin içərisinə girir. Bəzi yerlərdə buna görə dişi əncir yeyilmir. Erkək əncirin arının yumurtalarını əvəz edəcək bir forması var. Dişi arı içəri girdikdən sonra əncirin içindən çıxa bilmir.
Bundan sonra həyatı davam etmək körpə arıların üzərinə düşür. Erkək körpə arılar qanadsız doğulduğu üçün əncirin içindən tunel qazaraq çıxırlar. Bala arılar bu tuneldən çıxır və tozcuqları da özləri ilə daşıyırlar.
Bəs əncir sağlamlığımızı necə zənginləşdirə bilər?
1. Əncir qanda yağ səviyyəsinə və qan təzyiqinə təsir edərək damar sağlamlığının yaxşılaşdırılmasında rol oynayır və ürək xəstəlikləri riskini azaltmağa kömək edir.
2. Luteolin meyvələrdə, tərəvəzlərdə, yəni antioksidanlar və antimikrobiyal maddələr olan qidalarda olan bir flavonoiddir. Əncir luteolini dəstəkləyir, şişlərin böyüməsinin qarşısını alır.
3. Yüksək antioksidantlar ilə zəngin olduğu üçün, orqanizmdəki sərbəst radikalları zərərsizləşdirir və xəstəliklərə qarşı müqavimət göstərir.
4. Əncir siqareti tərgitmək istəyənlərə tövsiyə olunur. Yüksək qələviliyi sayəsində siqaretə olan həvəsi azalda bilirlər.
Əncir yeməyin zərəri varmı?
Əncirin həddindən artıq istehlakı ishala səbəb ola bilər. Bundan əlavə, bəzi insanlarda allergiyaya da səbəb ola bilər. Digər tərəfdən qan şəkərini nəzarətdə saxlamaq üçün mütəmadi olaraq dərman istifadə edənlər həkimləri ilə məsləhətləşməlidirlər.
Qida Məsələləri Üzrə Mütəxəssis / Ağa Salamov
Mənbə: Qidaelmi.Az