Xəbər lenti
Reklam
Rusiya əlaltısı ilə saxta diaspor təşkilatı QURUR...

Rusiyanın Yekaterinburq vilayətində azərbaycanlılara aid olduğu iddia edilən yeni təşkilat yaradılıb və rəhbər seçiblər. Belə ki, “Azərbaycanlıların Uralda Mədəniyyət, Gənclik və İdman Mərkəzi” adlı ictimai quruma Vidadi Mustafayevin sədrlik edəcəyi bildirilib. Vidadi Mustafayevin əvvəllər də bu təşkilatın prezidenti olduğu və indi faktiki olaraq bölgədəki diaspor işlərinin başında dayandığı iddia edilir.
Xatırladaq ki, bu ilin yayında digər diaspor qurumunun - “Azərbaycan-Ural” təşkilatının rəhbəri Şahin Şıxlınski və onun oğlu saxlanılıb. Şıxlınski uzun illər Uraldakı azərbaycanlıların qeyri-rəsmi lideri hesab olunurdu. Lakin son dövrlər Vidadi Mustafayevlə onun arasında ciddi fikir ayrılığı yaranmışdı. Mustafayev həmkarını azərbaycanlıların problemlərinə biganə qalmaqda, gənclərlə iş aparmamaqda və diasporu kriminal dairələrin təsiri altına salmaqda ittiham edirdi.
“Biz artıq "diaspora" anlayışını ləğv etdik. Bu söz özünü doğrultmur. Mənim əsas məqsədim gənclərin düzgün tərbiyəsi, onların Rusiya cəmiyyətinə inteqrasiyası və qanunlara hörmətlə yanaşması olacaq”, - o deyib.
Qeyd edək ki, Vidadi Mustafayev adlı şəxsin Azərbaycan diasporuna heç bir aidiyyəti yoxdur.
Modern.az-a danışan Azərbaycan Jurnalistlər Birliyinin sədri, Şahin Şıxlinskinin qohumu Elçin Şıxlinski bildirib ki, Vidadi Mustafayev Rusiyada anadan olub və Azərbaycana aidiyyəti azdır.
“Özünün verdiyi müsahibələrdən bu aydın olur. Ümumiyyətlə, onun Azərbaycana aidiyyəti azdır. Təbii ki, Rusiya özünün əlaltısı olan diaspor qurmaq istəyir. Vidadi Mustafayev Şahin Şıxlinskinin qurduğu Azərbaycan-Ural təşkilatının rəhbərliyinə gətirilməyib.  Özünün “Azərbaycanlıların Uralda Mədəniyyət, Gənclik və İdman Mərkəzi” adlı ictimai qurumudur. Ruslar da deyir ki, bu diaspor olacaq. Orada istənilən təşkilat, QHT qurular, özləri bilərlər. Amma Azərbaycan diasporu adlandırmaq doğru deyil”, - E.Şıxlinski əlavə edib.
Onu da qeyd etmək yerinə düşər ki, Vidadi Mustafayevin adı əvvəllər də hüquq-mühafizə orqanlarının diqqətinə düşüb. O, bir vaxtlar keçmiş deputat Andrey Zaşlyapinin Sverdolovsk vilayətində FTX (Rusiya Federal Təhlükəsizlik Xidməti) əməkdaşına rüşvət verməsi işi üzrə şahid qismində dindirilib.
Mustafayev həmin hadisə zamanı rüşvətin ötürülməsində vasitəçi kimi çıxış edib, lakin sonradan hüquq-mühafizə orqanlarına məlumat verərək istintaqa yardım göstərib.

Tarix: 03 sentyabr 2025
Baxış: 20

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş