Redaktor seçimi
    Rektor özünə köməkçi və müşavirlər təyin etdi - FOTO
Xəbər lenti
Reklam
Avtomobil nəqliyyatından əldə olunan gəlirlər 32 milyondan çox artıb

Cari ilin yanvar-iyun aylarında avtomobil nəqliyyatı ilə 900 milyon 895,5 min sərnişin daşınıb.
Onların 861 milyon 76,4 mini avtobus nəqliyyatının payına düşüb. Bu göstəricidən 441 milyon 860,8 mini fərdi sahibkar avtobuslarının xidmətindən istifadə edənlərdir.
Eyni zamanda, taksi nəqliyyatı ilə 39 milyon 822,1 min sərnişin daşınıb ki, bunun da 21 milyon 824,8 mini fərdi sahibkarların payına düşüb.
Sərnişin daşınmasından əldə olunan gəlirlər isə 571 milyon 111 min manat təşkil edib. Ötən ilin eyni dövründə bu rəqəm 538 milyon 784 min manat olub. Beləliklə, avtomobil nəqliyyatından əldə olunan gəlirlər 32 milyon 327 min manat və ya 6% artıb. \\Valyuta.az

Tarix: 04 sentyabr 2025
Baxış: 35

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş