700 illik "Avropa Şir"nin sirri AÇILDI
Venesiyadakı məşhur "San Marko Şiri" heykəlinin gizli mənşəyi üzə çıxıb.
Araşdırmalara görə, təxminən 3 ton ağırlığında olan heykəl Avropada deyil, Çində hazırlanıb. O, Çin misindən tökülüb və Tan sülaləsinə aid qəbir qoruyucu fiqurlardan ilhamlanıb.
Alimlərin sözlərinə görə, əsər İpək Yolu vasitəsilə Venesiyaya gətirilib. Bəzi ehtimallara əsasən isə heykəli Çindən Marko Polonun atası gətirib. 1293-cü ildə zədələndiyi qeyd olunan əsər daha sonra bərpa edilib.
Elmi analizlər də heykəlin Çin mənşəli olduğunu təsdiqləyib. Qeyd olunur ki, ilkin formasında buynuzlu olan fiqur Avropada qanadlı aslana çevrilib. \\News24.az
Tarix: 04 sentyabr 2025
Baxış: 36
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş