Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Qan təzyiqinin ölçülməsi ilə bağlı VACİB MƏLUMATLAR

Qan təzyiqinin ölçülməsi ilə bağlı həkim kardioloq İlahə Ağayeva suallara cavab verib.

Həmin sual və cavabları təqdim edirik:

- Qan təzyiqinin ölçülməsi necə aparılır və bunun xüsusi bir qaydası varmı?

- Arterial qan təzyiqinin ölçülməsi müxtəlif tanometrlər (civəli, sadə-manual, elektron və s.) vasitəsi ilə aparılır. Təzyiq ölçülərkən xəstə tam psixi və fiziki sakitlik vəziyyətində olmalı, ən azı 5 dəqiqə sakit və hərəkətsiz qalmalıdır. Oturduğu stula tam söykənməli, ayaqlar bir-birinin üzərinə aşırılmamalıdır. Təzyiq ölçüləcək qol ürəklə eyni səviyyədə olmalıdır. Bu zaman tanometrin manjetinin ölçüsü qola müvafiq seçilməli, paltarın üzərindən deyil çılpaq qola taxılmalı və dirsəkdən təxminən 2 sm yuxarı bazu nahiyyəsinə bağlanılmalıdır. Ölçmələr hər 2 qolda və ən azı 2 dəfə 3-5 dəq fasilələrlə aparılmalıdır. Sağ və sol qollar arasında təzyiq fərqi 5-10 mm civə sütünu ola bilər, bu normaldır. Göstəricilərdən daha böyük təzyiq fərqinin olması bizdə müəyyən ürək xəstəliklərinə şübhə yaradır. Onu da qeyd edim ki, 120/80 mm civə sütunu optimal təzyiq; 129/84 mm civə sütunu isə normal təzyiq, 130/90 isə yüksək normal qan təzyiqi hesab olunur.

- Arterial hipertenziyalı xəstələrdə diaqnozun qoyulması üçün hansı müayinə üsulları aparılmalıdır?

- İlk öncə xəstədən anamnestik məlumatlar toplanılır. Onun şikayətləri dinlənilir, vizual olaraq boy, çəki, bel dairəsi, bədən indeksi dəyərləndirilir, irsiyyəti, həyat şəraiti, qidalanması, zərərli vərdişlərinin olub-olmaması araşdırılır. Sonrakı instrumental müayinə qan təzyiqinin az öncə qeyd etdiyim qaydalarla ölçülməsi sayılır.
Bəzən elə olur ki, xəstənin qan təzyiqi həkim müayinəsi zamanı normal olur, lakin axşamlar qalxır və ya əksinə. Bu zaman qan təzyiqinin daha düzgün dəyərləndirilməsi üçün Təzyiq-Holter dediyimiz cihazlardan istifadə olunur. Bunun vasitəsi xəstənin təzyiqinin 24 saatlıq monitorinqi aparılaraq, daha dəqiq izlənilir. Daha sonra xəstələrə rutin olaraq EKQ, ExoKQ, böyrəklərin və böyrəküstü vəzilərin USM-i, fundoskopiya (göz dibi müayinəsi ) kimi müayinələr aparılır. Ən sonda həkim tərəfindən bütün instrumental və diaqnostik müayinələrin nəticələri nəzərə alınaraq diaqnoz qoyulur. \\Yeniavaz
Tarix: 04 fevral 2021
Baxış: 411

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş