Xəbər lenti
Reklam
Bakıda bu şəxslər saxlanıldılar - Video

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində hüquqpozmalara qarşı profilaktik tədbirlər keçirilib, axtarışda olan 7 nəfər saxlanılıb, "isti izlərlə" 8 cinayətin üstü açılıb.
Gender.az xəbər verir ki, qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 29, xırda xuliqanlıq, məişət səs-küyü, tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi və s. qanun pozuntuları ilə əlaqədar 59 fakt aşkarlanıb.
Nəsimi RPİ DYPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı spirtli içki və narkotik maddələrin təsiri altında avtomobil idarə edən 4, nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edən 3 və dayanma-durma qaydalarını pozan sürücülər barəsində inzibati tədbirlər görülüb. pizza
Rayon ərazisində avtobus və ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə də profilaktik tədbirlər həyata keçirilib. Yol hərəkəti qaydalarını pozan, sürət həddini aşan, təhlükəli manevrlər edən, dəbilqədən istifadə etməyən motosiklet sürücüləri müəyyən olunub və onlarla maarifləndirici söhbətlər aparılıb. Sərnişin avtobuslarında isə nəqliyyat vasitələrinin reysqabağı texniki baxışdan keçməsi və sürücülərin tibbi müayinəsinin təşkili yoxlanılıb.
Nəsimi rayonunda bu cür neqativ hərəkətlərə yol verən avtobus, moped və motosiklet sürücülərinə qarşı profilaktik tədbirlər davam etdirilir.

Tarix: 11 sentyabr 2025
Baxış: 27

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş