Azərbaycanın quru sərhədləri ilə bağlı yeni qərar:İyunun 20-dən …
İyun ayının 20-dən vətəndaşların Azərbaycanın quru sərhədləri üzərindən xüsusi icazə ilə ölkədən giriş-çıxışı ləğv edilib.
Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Sosial şəbəkə istifadəçilərinin verdiyi məlumata görə, icazə üçün Azərbaycanın Rusiya və Ukraynadakı səfirliklərinə müraciət edən vətəndaşlar icazə ala bilməyiblər. Məlumatda bildirilir ki, Azərbaycan Xarici İşlər Nazirliyi və Operativ Qərargah ölkəyə daxil olan və ölkədən çıxan şəxslər üçün nəzərdə tutulab sənəd qəbulu və icazə prosedurunu da dayandırıb.
Xatırladaq ki, koronavirus pandemiyası səbəbi ilə ölkənin quru sərhədləri iki ildən artıqdır bağlıdır. Qaydalara əsasən, müalicə məqsədilə qonşu ölkələrə gedən və həmin ölkələrdə ailə üzvləri yaşayan vətəndaşlar xüsusi icazə ilə quru sərhədlər vasitəsilə ölkəyə çıxış-giriş edə bilirdilər. \\,Cebhe.info
Tarix: 20 iyun 2022
Baxış: 335
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş