Redaktor seçimi
    Stüardessa Hökümə Əliyevanın anasından ürək dağlayan sözlər: “Balam hamını qorudu, bizə dağ çəkib getdi”
Xəbər lenti
Reklam
Rusiyada fövqəladə vəziyyət elan edildi

Rusiyanın Qara dəniz sahillərindəki bəzi şəhərlərdə iki tanker gəmisindən sızan neftin yaratdığı çirklənmə ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi açıqlama verib. Açıqlamada ölkənin Qara dəniz sahillərində neft sızıntılarının səbəb olduğu ətraf mühitin çirklənməsi ilə bağlı tədbirlərin davam etdiyi bildirilib. Məlumatda işlərin effektiv aparılması üçün fövqəladə vəziyyət elan edildiyi, bölgəyə daha çox maliyyə vəsaitinin ayrılacağı bildirilib.
Bildirilib ki, Qara dənizin Kerç boğazında fırtına nəticəsində ayrı-ayrı qəzalar nəticəsində Rusiyaya məxsus “Volqoneft-212” və “Volqoneft-239” tanker gəmiləri zədələnib və neft sızması baş verib. Tankerlərdən 4 min ton neft sızdığı deyilir. Sahil bölgələrindəki şəhərlərdə dəniz səthinin və çimərliklərin neftlə örtüldüyü qeyd edilir./metbuat.az 
Tarix: 26 dekabr 2024
Baxış: 25

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş