Yaralı halda xanımını axtarırdı, sağ tapıldı - FOTO
Daha bir Zaqatala sakininin təyyarə qəzasından sağ çıxdığı məlum olub.
Gender.Az lent.az-a istinadən xəbər verir ki, yaxınlarının verdiyi məlumata görə, Danaçı kənd sakini Müslümət Siracavova qəzadan sonra koma vəziyyətində xəstəxanaya çatdırılıbmış. O, bu gün ayılıb və kimliyini deyə bilib.
Hazırda onun oğlu da yanındadır.
Qeyd edək ki, M. Siracova təyyarə qəzasından sağ çıxan digər zaqatalalı sərnişin Nurulla Siracovun həyat yoldaşıdır.
Nurulla Siracov ötən gün Aktaudan Bakıya gətirilib.
Müalicə aldığı Yeni Klinikada jurnalistlərə müsahibə verən Nurulla Siracov həyat yoldaşının taleyindən nigaran qaldığını dilə gətirmişdi:
"Təyyarədə yoldaşımla yan-yana oturmuşduq, hadisədən sonra mən onu görməmişəm. Bircə bilmək istəyirəm ki, yoldaşım yaxşıdırmı? İnşallah görüşərik. Təyyarədə yan-yana oturmuşduq. Qəzadan sonra onu tapa bilmədim. Onun üçün çox darıxıram".
Tarix: 27 dekabr 2024
Baxış: 25
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş