Redaktor seçimi
    Matəm günü ilə əlaqədar mədəni-kütləvi tədbirlər təxirə SALINDI
Xəbər lenti
Reklam
Təyyarə qəzasında həlak olan Milli Aviasiya Akademiyasının tələbəsi evin tək UŞAĞI İMİŞ

Bu gün səhər saatlarında Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarə Aktauda qəzaya uğraması nəticəsində təyyarədə Sumqayıt vətəndaşı 20 yaşlı Mahmud Tutunçiyev də olub.
Gender.az APA TV-yə istinadən xəbər verir ki, bu barədə onun dostu Pərvin Aslanlı danışıb.
O bildirib ki, Mahmud Çeçenistana istirahət məqsədilə gedibmiş:
"Səhər 7 radələrində Hava Limanında görüşdük, onu yola saldım. Qrup yoldaşımdır. Milli Aviasiya Akademiyasında təhsil alırdı, evin tək uşağı idi, arzuları çox idi. Hələ ki xəbər ala bilməmişik. Sosial şəbəkələrdə həlak olduğunu öyrəndim. Ailəsi ilə əlaqə saxlaya bilməmişəm"- o bildirib.
Ətraflı süjetdə:



Tarix: 25 dekabr 2024
Baxış: 23

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş