Qəzada həlak olan 38 nəfərdən 10-nun şəxsiyyəti müəyyənləşib
Azərbaycana məxsus təyyarənin qəzaya uğradığı ərazidə meyitləri aşkarlanan 38 nəfərdən 10 nəfərin şəxsiyyəti müəyyənləşib.
Gender.Az xəbər verir ki, bu barədə APA-ya Qazaxıstanın Fövqəladə Hallar Nazirliyindən məlumat verillib.
Qeyd olunub ki, şəxsiyyəti müəyyən edilənlərin 4 nəfəri Azərbaycan, 3 nəfəri Qazaxıstan, 3 nəfəri isə Rusiya vətəndaşlarıdır.
Qazaxıstan FHN-dən həmçinin hazırda xəstəxanalarda 20 nəfərin müalicəsinin davam etdirildiyi, o cümlədən yaralanan 29 nəfərdən hər birinin şəxsiyyətinin müəyyən olunduğu açıqlanıb.
Tarix: 26 dekabr 2024
Baxış: 28
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş