Redaktor seçimi
    Matəm günü ilə əlaqədar mədəni-kütləvi tədbirlər təxirə SALINDI
Xəbər lenti
Reklam
Qəzaya uğrayan təyyarənin markası dövrün bitdiyini göstərir – MARAQLI HESABLAMA

"Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda yazılmamış olsun. Bu, Allah üçün çox asandır!" Quran, 57:22 
Xəbər verildiyi kimi, bu gün ölkəmizə məxsus “Embraer-190” markalı təyyarə Qazaxstanda qəzaya uğradı və çoxlu sayda insan həyatını itirdi, xeyli soydaşımız yaralandı. Hadisədə ölənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyərək, qəzanın baş verdiyi tarixə nəzər salaq. Elmi-lədun hesablamalarımız göstərir ki, qəza təsadüfü olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir və Allahdan bəşriyyətə növbəti xəbərdarlıqdır.  Bunu aşağıdakı faktlardan  aydın görmək olur: 
1) Bu il sentyabrın 1-də Bankoq-Vyana reysində uçan təyyarə Bakıya məcburi eniş edərək, ölmüş sərnişinin meyidini düşürüb, yoluna davam etdi. Həmin vaxt bu hadisəni mətbuatda şərh edərək bildirmişdim ki, bu, Allahdan bir mesajdır və insanlar Allahın qanunlarına sayqısız yanaşmaqda davam edərlərsə, böyük faciələrlə qarşılaşmalı olacağıq. Bu gün baş verən təyyarə qəzası o vaxt dediklərimizin doğruluğunu təsdiq etdi. Belə ki, bu gün qəza enişinin 114-cü günüdür ki, bu da Quranın surələrinin sayı olmaqla, hadisənin Allahdan xəbərdarlıq olduğunu sübut edir.
 
2) Bu gün Lənkəranda baş verən 5.5 bal zəlzələ (11 may) həyəcanının 228-ci günüdür ki, bundan da Quran rəmzini çıxsaq, yenə də Quran rəmzi alınır və qəzanın Allahdan xəbərdarlıq olduğunu bir daha təsdiq edir:
228 – 114 = 114
Bu gün ölkəni silkələyən 19 yanvar tarixli (episentri Hacıqabul olmaqla, 5.1 bal) zəlzələ həyəcanının 342-ci günüdür ki, yenə də Quran rəmzinin üç mislidir:
342 – 114 – 114 = 114
3) Bu gün Türkiyəyə məxsus “F-5” hərbi təyyarəsinin qəzaya uğramasının 286-cı günüdür ki, bu da orjinal (Kəbədə saxlanan) Quranın səhifəlrinin sayı olmaqla, bu ədəd Yaradanın rəqəmsal imzası olaraq, bütün xəbərdarlıqların üzərində görünür. 
4) Bu gün Qurban bayramının (tövbə gününün) 190-cı günüdür ki, bu da qəzaya uğrayan təyyarənin üzərində həkk olunub. Hesablamalarımız göstərir ki, Qurban bayramında insanlar tövbə etsəydilər bu gün bu faciəvi qəza da baş verməzdi. 
5) Oxucuda sual yaranacaq ki, bu cür xəbərdarlıq hadisələri niyə məhz Azərbaycanda baş verir? 
Əvvəlki yazılarımda qeyd etmişdim ki, 2002-ci ilin Qurban bayrabından etibarən Allah dərgahında Azərbaycan Dünyanın Mənəviyyat Mərkəzi kimi qəbul olunur (ərəblər yollarını azdıqlarına görə bu status onlardan alındı). Kitablarımda və mqalələrimdə dəfələrlə bunu bəyan edib, xalqa çatdırsam da, insanlarımız bu statusa layiq yaşamaq istəmirlər (çoxluq pozğun həyat tərzini davam etdirməkdədir). Bu səbəbdən də ölkəmizdə tez-tez bu cür faciyəvi qəzalar, yanğın və zəlzələlər baş verir ki, hamısının da üzərində Yaradanın rəqəmsal möhür və imzası olan 114 və 286 ədədləri görünür. Bu və digər (ictimailəşdirilməsi məqbul olmayan)  hesablamalarımız göstərir ki, hazırkı şeytani dövr bu il bitəcək. Gələn ildən artıq bəşəriyyət kamillik dövrünə qədəm qoymalıdır.  Odur ki, insanlıq iki yoldan birini seçmək məcburiyyətində  qalacaqdır:
1) Yaradanın qanunlarına tabe olub, kamillik dövründə qayğısız yaşamaq;
2)  Ya da zəlzələlərin, qəzaların... qurbanı olmaq...
Söz ardı: Bugünkü təyyarə qəzsının ilin 360-cı günü baş verməsi də Yer əhlinə mesaj vermək üçündür. Çünki, Yerin radiusu 360-dır. “360”-ın Mərkəzi azərbaycan olduğu üçün, mesaj buradan verildi (hadisə burada baş verdi). 
“And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”. Quran, 19:84 
Qeyd: təyyarə qəzasında həlak olanlara bir daha Allahdan rəhmət diləyərək, vurğulamaq istəyirəm ki, onları günahkar hesab etmirəm (kimin günahının olub-olmamasını ancaq Allah bilər; oradakılardan ömür limiti bitənlər həlak oldular). Hadisə bütün bəşəriyyətə ötürülmüş kodlaşdırılmış (rəqəmsal) mesajdır ki, ibrət alıb, doğru yola dönsünlər...
Mesajları şərh etdi:
Dr. Paşa Yaqub – elmi-lədun bilicisi 
25 dekabr 2025

Tarix: 25 dekabr 2024
Baxış: 27

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş