“Bacım qızının başına daş düşsün” – Abid Şərifovdan SƏRT AÇIQLAMA
Bir neçə gün bundan əvvəl rəhbərlik etdiyi məktəb müəllimlərinə səs ataraq rüşvət yığması ilə bağlı səs yazısı yayılan məktəb direktoru Ceyran Kuliyevanın baş nazirin keçmiş müavini Abid Şərifovun bacısı qızı olması haqda xəbər vermişdik.
Gender.az bildirir ki, məsələ ilə bağlı Manset.az Baş nazirin keçmiş müavini Abid Şərifovla əlaqə saxlayıb. O saytımıza açıqlamasında belə halları pisləyib.
“Belə hallar təbii ki, pisdir. Heç kəs rüşvət almamalıdır, təmiz işləməlidir. Mənim bacım qızının başına daş düşsün, səhv edib, işdən çıxarıblar. Kim səhv edirsə, işdə nöqsanlara yol verirsə, onu vəzifəsindən azad etmək lazımdır”.
Tarix: 22 dekabr 2021
Baxış: 144
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş