Redaktor seçimi
    Dövlət Başçısı ailə üzvləri ilə bir arada
Xəbər lenti
Reklam
"Tiktok" Azərbaycanda bağlanır? - "Senzura olmalıdır" - AÇIQLAMA

""TikTok" yayım şəbəkəsidir və burada çox asanlıqla xəbərlər yayıla bilir. Buna görə də "TikTok"un müsbət cəhətləri də var. Eyni zamanda burada hər kəs sərbəstdir, dövlət, mənəviyyat əleyhinə xeyli paylaşımlar olur. Bu baxımdan nəzarətsizdir. Bir sıra dövlətlər daim dilemma qarşısında qalırlar və götür-qoy edirlər, qarşısını ala bilməyəndə isə çıxış yolunu "TikTok"un bağlanmasında görürlər. Artıq bəzi dövlətlərdə "TikTok" bağlıdır, çünki bu şəbəkəyə nəzarət etmək olduqca çətindir. Demirəm ki, Azərbaycanda da "TikTok" bağlansın, amma hər halda Daxili İşlər Nazirliyinin yaydığı məlumatı qəbul edirəm, onları dəfələrlə bu cür mübarizə aparmağa çağırmışam. Azərbaycanda dövlət quruluşu və ya mənəviyyatımız əleyhinə hər hansı paylaşımlar olmamalı, qarşısı alınmalı, mütləq senzura olmalıdır. Dövlət bunun üçün vəsaitini əsirgəməməli, aidiyyəti strukturlar möhkəmləndirilməldir. Yoxsa bu, artıq biabırçılıq həddini keçir, insanların mənəviyyatını şikəst edir”. 
 
Bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib. 

Tahir Kərimli: “Prezident deyib ki, Qarabağ münaqişəsi bitib, bu, həqiqətən  də belədir” Pravda.az

“Maddi itki bir neçə ildən sonra bərpa oluna bilər, mənəviyyat itkisi üçün isə iki nəsil dəyişməlidir ki, vəziyyət düzəlsin. Axı insanların tərbiyəsi pozulur. Digər yandan da dövlət sisteminə bir sıra zərərlər verilir. Hesab edirəm, çıxış yolu nə "Tik Tok"u bağlamaqdır, nə də özbaşına buraxmaq. Çox güclü müdafiə sistemi qurmaq lazımdır. Azərbaycan mentalitetinə, mənəvi dəyərinə uyğun olmayan paylaşım edənləri cəmiyyətin sağlamlığını və dövlətin dürüstlüyünü qorumaq naminə nəzarətə götürüb, məsuliyyətə cəlb etmək çox vacibdir”, - T.Kərimli bildirib. 
 
Aytəkin Qardaşova 

Tarix: 24 dekabr 2024
Baxış: 21

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş