Korotçenko Paşinyanı SƏRT TƏNQİD ETDİ - "Demokratiya sammiti"də nə işin var? / Ermənistandan Rusiyaya qarşı həmlə
“Demokratiya sammiti” Rusiya əleyhinə toplantıdır.
Bu sözləri Rusiyada “Milli Müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko Postsovet məkanından dörd ölkənin sammitdə iştirakına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu tədbir bir növ “Şirxanın öz əlaltılarını toplaması”dır.
“Ukrayna və Gürcüstanla hər şey aydındır. Moldova isə – biz onlarla səmərəli qaz sazişi bağlamışıq. Düşünürəm ki, buna nə formadasa reaksiya verməliyik”, -deyə o bildirib.
Hərbi ekspert Ermənistanın baş naziri Nikol Paşinyanın da həmin sammitdə iştirak niyyətini kəskin tənqid edib və ona sual ünvanlayıb:
“Nikol Vovayeviç, KTMT ölkəsi olan sizin “Demokratiya sammiti”ndə iştirak etməyiniz lazımdırmı? Bəlkə Rusiyada keçirilən sammitlərdə iştirak edilməsi daha yaxşı olardı”.\\Kanal.az
Tarix: 08 dekabr 2021
Baxış: 148
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş