Redaktor seçimi
    Kapitanın qızı: “Ata, sən mənim qəhrəmanımsan, günahkarı tapdın”
Xəbər lenti
Reklam
İcra hakimiyyətləri ləğv olunur? - AÇIQLAMA

Son illərdə respublikanın bölgələrinin yeni idarəolunma sisteminə keçilməsi, xüsusən də rayonların inzibati ərazisinin ləğv edilərək quberniyaya və ya valiliyə çevrilməsi kimi məsələlər zaman-zaman müzakirə olunmaqdadır. Prezidentin Emin  Hüseynovu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilməsindən sonra bu məslə yenidən gündəmə gəlib.
Məsələ ilə bağlı mövqeyini açıqlayan deputat Vüqar Bayramlının fikrincə, Azərbaycan Prezidentinin bu sərəncamı yerli idarəetmədə yeni yanaşmanın tətbiq edilməsidir: “Belə ki, iqtisadi rayon üzrə Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi yerli idarəetmədə yeni modelin tətbiqindən xəbər verir. Ölkə Prezidentinin 7 iyul 2021-ci il tarixli sərəncamı ilə Azərbaycanda 14 iqtisadi rayon formalaşdırılıb. Həmin tarixədək 10 iqtisadi rayon təsnifləşdirilmişdir. Mövcud iqtisadi rayonların ikisi işğaldan azad olunan ərazilərimizdə yaradılıb. Bir müddət öncə işğaldan azad olunan ərazilərimizdə formalaşacaq modelin digər regionlarımız da transfer olunacağı bildirilmişdi. Bölgələrdə biznesin inkişafı, daha çox sərmayələrin cəlb edilməsi üçün institutsional islahatlar vacib şərtlərdən hesab olunur. Artıq işğaldan azad olunan ərazilərimizdə yerli idarəetmədə yeni modelin formalaşdırılır və bu yeni struktur islahatların başlanğıcı kimi də xarakterizə oluna bilər”- deputata qeyd edib.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə deyib ki, indiki məqamda bunu vaxtı çatmamış məsələ hesab edirəm. “Buna ancaq geniş müzakirələrdən sonra qərar vermək olar. Təbii ki, son qərar Prezidentindir”- o qeyd edib.
Komitə sədrinin fikrincə, Rayon İcra Hakimiyyəti  (RİH) normal idarəetmə formasıdır: “Amma bunu daha da təkmilləşdirmək olar. RİH-lərin səlahiyyətlərini tədricən azaldıb bələdiyyələrə verilə bilər. Bu məsələ də müzakirə predmetidir. Zaman-zaman bununla bağlı fikirlər səslənməkədir. Amma məncə indiki məqamda diqqəti bu məsələlərə deyil, Ermənistanla demarkasiya və delimitasiya, kommunikasiyaların açılmasına, Qarabağ və Şərqi Zəngəzurda quruculuq işlərinə yönəltməliyik. Digər tərəfdən isə dünyada qlobal maliyyə böhranın davam etdiyi,  koronavirus pandemiyasınının nə zaman bitəcəyi və özünü hansı formada göstərəcəyini  bilmədiyimiz bir zamanda  idarəetmədə struktur dəyişikliyini aparılmasını uyğun vaxt  hesab etmirəm.  Hesab edirəm ki, bu model ilk növbədə Qarabağ və Şərqi Zəngəzurda  qurula və  gələcəkdə bu praktika ölkənin digər əraziləri üzrə tətbiq oluna bilər”.
Deputat onu da bildirib ki, belə struktur islahatlarının aparılmasından daha çox elektron hökumətin sürətləndirilməsi daha effektiv ola bilər: “Biz ən ucqar  rayonlarını və dağ rayonlarını  keyfiyyətli internetlə təmin edib, onun qiymətini ucuzlaşdırmaqla daha effektiv idarəetməyə nail ola bilərik. Yəni vətəndaş elektron formada aidiyyatı qurumlara müraciət edib cavabını aldıqdan sonra  yerli icra strukturlarına ehtiyac qalmayacaq. Biz eyni zamanda gələcəkdə insanların  məşğulluq probleminin həllində dövlət  büdcəsindən maliyyələşən qurumları deyil,  özəl sektora diqqət yetirməliyik. Özəl sektoru inkişaf etdirməklə vətəndaşların elektron hökumətdən istifadə vərdişlərini artıqmaqla elektron və vizual sistemə keçməliyik. Çünki dünyanın  qabaqcılq təcrübəsi bunu diqtə edir. Son olaraq bir daha onu qeyd etmək istərdim ki, biz əsas diqqəti Qarabağ və Şərqi Zəngəzurda məskunlaşmanı həyata keçirməliyik ki, ermənilərin müharibə iştəhası qızışmasın. O ərazilərdə  məskunlaşma prosesi sürətlə həyata keçirilərsə, heç kim müharibə etməyə cəsarət etməyəcək. Bu mənada əsas prioritet bu olmalıdır.  RİH-lərin ləğv olunması isə sonrakı məsələdir”. \\Ölkə.Az

Tarix: 02 dekabr 2021
Baxış: 154

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş