Redaktor seçimi
    Xankəndidə ermənilər Azərbaycan vətəndaşlığı tələb edir: Araik-Ruben cütlüyü kütləvi prosesin qarşısında aciz qalıb
Xəbər lenti
Reklam
"Qara talelər" sənədli filmi - Maestro Niyazinin oğlu illər sonra hər şeyi DANIŞDI – VİDEO

Narkomanların həyatı faciə janrında çəkilmiş ağ-qara filmlərə bənzəyir. Hadisələri, dramatik anları fərqli olsa da , bu filmlərin antiqəhrəmanları eyni taleyi – ağ həyatla başlanan qara taleyi yaşayır.
Dünyanı az qala məhvərindən silkələyən bu dəhşətli bəla ən adi ailədən tutmuş, ən məşhur və fiəvan ailəyə kimi istədiyi qapını döyüb onlara cəhənnəm əzabı yaşadır.
Azərbaycanı bütün dünyada tanıdan məşhur maestro Niyazinin övladlığa götürdüyü Ceyhun 55 illik ömrünün 35 ilini həbsxanada keçirib.
Uzun illər zindan həyatı yaşamış Ceyhunun həbsxana hekayəsi cinayət və cəzalarla zəngindir.Bu dəhşətli hekayənin ilk cinayəti də faciəli olub.Narkotik maddənin təsiri altında olan Ceyhun onu doğma ana kimi sevib qayğısına qalan analığını- maestro Niyazinin həyat yoldaşı Həcər xanımı öldürüb.
Bu faciəli hadisədən sonra Ceyhuna uzun müddətli həbs cəzası verilib. Ağ həyatdan sonra başlanan həbsxana həyatının ilk qara günləri…
Dəfələrlə azadlığın əlvan rənglərindən məhrum olan Ceyhun həbsxananın qara vaxtını uzun müddət yaşamağa məcbur olub. O cinayət məcəlləsinin müxtəlif maddələriylə 7 dəfə həbs olunub. 35 ill məhkumluq həyatı yaşıyıb…
Ceyhun yaşadığı dəhşətli həyatın səbəbini gizlətmədi. Onu uzun müddət məhkumluğa məhkum edən o zillətdən danışdı.Danışdıki onun yaşadığı faciəli həyat hekayəsi başqalarına ibrət dərsi olsun.
Qoy faciəli həyatın və həbsxananın bir addımlığında olanlar -bilərəkdən və ya bilməyərəkdən narkotik maddələri istifadə etməyə hazır olanlar bu qara talelərə diqqətlə baxsınlar.Qoy son peşmançılığın fayda vermədiyi bir daha hamıya aydın olsun.
… Narkotik maddələri cavanlıq əyləncəsi sayan gənclər unutmamalıdır.Onun həzzi bir anlıq, faciəsi ömürboyu davam edir.



Tarix: 17 yanvar 2023
Baxış: 98

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş



{sape_links}{sape_article}