“Dünya tibbində, eləcə də Türkiyədə qadın sağlamlığı üzrə aparılan araşdırmalar nəticəsində qadın ölümü və xüsusən doğuşda ölüm ciddi azalıb. Türkiyə səhiyyəsində qadın həyatına, sağlamlığına çox böyük önəm verir. Qadınlar üçün həkim, xəstəxana, tibbi xidnətin daha əlçatandır”.
Türkiyənin Başkent universitetinin rektoru, professor, dr Ali Haberal Bakıda səfərdə olarkən APA tv-ə açıqlamasında bunları deyib.
Qadın xərçəng xəstəlikləri içində – yumurtalıq və uşaqlıq yolu şişlərindən ölümlər çox olur.
Bunun səbəbləri qorunmsız cinsi həyat, evlilikdən xaric əlaqələr, erkən cinsi yaşam, erkən ailə qurmaq nəticəsində cinsi yolla yoluxan xəstəliklər, bir sıra infeksiyalar, viruslardır.
Uşaqlıq boynu xərçənginin profilaktikası üçün dünyanın inkişaf etmiş ölkələrində HPV virusuna qarşı peyvəndlər olunur.
Qadın ölümlərinin başında digər səbəb süd vəzi xərçəngidir.
Süd vəzi şişləri üçün Türkiyədə qadınlara özləri-özlərini müayinə etməyi, müəyyən vaxtlarda mammoqrafidən keçmələrini tövsiyə edirik.
Qadınlar əgər siqaret çəkirsə, mütləq ağciyər xərçəngindən yoxlanmalıdır.
Qadınlar cinsi həyatlarına çox diqqət etməlidir, erkən yaşda ərə getməsinlər, qız uşaqları müəyyən cinsi yetişkənliyi tamamladıqdan sonra evliliyi düşünməlidir.
Uşaq ölümlərində əsas səbəb düşüklər, erkən doğuş, çoxdöllü hamiləliklərdir.
Digər əsas səbəb ana südü ilə əmizdirilmənin az olması uşaq sağlamlığına təsir edir.
Ananın əvvəldən zəif qidalanması uşağın doğuşdan qüvvətli olmasına mane olur. Bir də vacib peyvəndlərin uşaqlara vaxtında edilməsi lazımdır.
Kişilərdə bağırsaq, prostat, ağciyər xərçəngi bizim ölkələrimizdə sıx görülür.
Hər bir xəstəliyin erkən diaqnostikası vacibdir. Bunun üçün Türkiyədə, Başkent Universiteti xəstəxanasında hər cür müasir avadanlıq və üsullar var”.
Medicina.az