Redaktor seçimi
    Kapitanın qızı: “Ata, sən mənim qəhrəmanımsan, günahkarı tapdın”
Xəbər lenti
Reklam
Ginekoloqun rəfiqəsi hər şeyi açıqladı: "Dünən xəstəxanada..."

Xəbər verdiyimiz kimi, ötən gün paytaxtın Yasamal rayonu İnşaatçılar prospektində tanınmış ginekoloq 38 yaşlı Xalidə Kəngərli özünün yaşadığı binanın 10-cu mərtəbəsindən atıb. O, hadisə yerindəcə keçinib.
 
Hadisə ilə bağlı "ATV Xəbər"in əməkdaşları intihar edən həkimin yaşadığı ünvana gedib.
 
Hadisə yerinə gələn mərhumun rəfiqəsi bildirib ki, X.Kəngərlinin intiharı ilə bağlı xəbəri eşidərkən şok yaşayıb. Çünki həkimin belə bir addım atacağını düşünməyib.
 
"Ötən gün xəstəxanada idi. Yenədə pozitiv və gülərüz görünürdü. Xalidə çox güclü qadın idi. Ağlımıza gətirə bilməzdik ki, belə bir hadisə ola bilər".
 
Qeyd edək ki, Xalidə Kəngərlinin intiharı ilə bağlı cinayyət işi açılıb.
 
Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
 
Məlumata görə, iyunun 27-də saat 17 radələrində 1984-cü il təvəllüdlü Xalidə Kəngərlinin paytaxtın Yasamal rayonu ərazisində yerləşən binanın 10-cu mərtəbəsində yaşadığı mənzilin eyvanından özünü ataraq öldürməsi faktı ilə bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Tarix: 28 iyun 2022
Baxış: 478

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş