Redaktor seçimi
    Matəm günü ilə əlaqədar mədəni-kütləvi tədbirlər təxirə SALINDI
Xəbər lenti
Reklam
"Müasir Azərbaycan mətbuatı öz inkişaf dövrünü yaşayıb" — Baş nazir jurnalistləri TƏBRİK ETDİ
"144 yaşını qeyd edən Milli Mətbuatımızın ilk nümunəsi 1875-ci iyulun 22-də görkəmli ziyalı, publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış və ictimai-maarifçiliyi hədəfləmiş "Əkinçi" qəzetindən əsasını götürüb. O vaxtdan keşməkeşli yol keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayır. Müasir Azərbaycan mətbuatı isə ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərə uyğun olaraq, öz inkişaf dövrünü yaşayıb". 
Bunu Baş nazir Novruz Məmmədov öz "Twitter" səhifəsində qeyd edib.
Baş nazir vurğulayıb ki, Azərbaycan mətbuatının milli-mənəvi dəyərlərin təşviqi, gənc nəslin vətənpərvər ruhda böyüməsi, eləcə də ölkəmizin xarici siyasət maraqlarına aid olan məsələlər, xüsusilə Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq auditoriyaya çatdırılması və milli informasiya təhlükəsizliyimizin təmin olunmasında müstəsna xidməti var:
"Bütün media nümayəndələrini Milli Mətbuat günü münasibətilə təbrik edir, onlara can sağlığı, məsuliyyətli işlərində daim uğurlar arzulayıram".\\Demokrat
 
Tarix: 22 iyul 2019
Baxış: 34629

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş