Redaktor seçimi
    AzTv ailəsində möhtəsəm toy - FOTOLAR
Xəbər lenti
Reklam
Zaxarova Ermənistan-Azərbaycan sərhədindəki son hadisələri şərh etdi

“Moskva Azərbaycan, Ermənistan və Rusiya arasında bağlanmış bütün razılaşmaların tam və şərtsiz yerinə yetirilməsinə tərəfdardır”.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada brifinqdə Ermənistan-Azərbaycan sərhədində son hadisələri şərh edərkən bildirib.
Onun sözlərinə görə, ölkə liderlərinin imzaladığı üçtərəfli sənədlərdə “olduqca çox məsələ nəzərdə tutulub”.
“Orada həm nəzəriyyə və təcrübə var, orada baş verənlərin təsdiq edilməsi və gələcək planlar var. Bu sənədlər sadəcə vasitəçi ilə ayrı-ayrı ölkələr arasında deyil, uzun tarixli bu münaqişəni bir hissəsi olan ölkələr arasında razılaşdırılıb. Məhz buna görə onlar çox dəyərlidir və bu səbəbdən, onlar xəyali yox, həqiqi yol xəritəsidir”, - deyən M.Zaxarova əlavə edib ki, bu razılaşmalar mərhələli şəkildə icra olunur. \\Azmedia.Az 

Tarix: 29 sentyabr 2022
Baxış: 247

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş



{sape_links}{sape_article}