Redaktor seçimi
    Mömünə Xatun türbəsi ətrafında yarımçıq tikili... - Naxçıvan İH-dən açıqlama
Xəbər lenti
Reklam
Sənan Əhmədov niyə şəhid ailəsi sayılmır?-Hüquqi rəy

Bu gün gündəmi şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun "Nazirlikdən dedilər ki, sən şəhid ailəsi sayılmırsan” sözləri zəbt edib. Hamı nazirliyi qınayır, bəs qanun nə deyir?
Yenilik.az-a açıqlama verən hüquqşünas Xanlar Sətullayev bildirib ki, bu məsələdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin heç bir günahı yoxdur: "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Qanununun tələbinə görə, Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar;  təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr(maddə 1.).
Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları"nın 2.1. bəndinə görə, Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar;
2.1.1. arvadı (əri);
2.1.2. valideynləri;
2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; 
2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar;
2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa;
2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər.
"Qaydalar"dan da göründüyü kimi, 2.1.4. bəndində göstərilən şəxslər, yəni uşaq evlərində tərbiyə olunan qardaşlar və bacılar əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. Ona görə də şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun şəhid ailəsi statusu ala bilməməsi mövcud "Qaydalar"ın tələbinə görə, tam qanunidir, burada heç bir məmurun, yaxud nazirliyin təqsiri yoxdur."

Tarix: 29 sentyabr 2022
Baxış: 304

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş