Redaktor seçimi
    Mömünə Xatun türbəsi ətrafında yarımçıq tikili... - Naxçıvan İH-dən açıqlama
Xəbər lenti
Reklam
Danielyan: “İran 44 günlük müharibə zamanı Ermənistana yardım təklif edib”

“Ermənistan ictimaiyyəti 44 günlük müharibə dövründə İranın hansı təkliflər etdiyini və Paşinyanın hansıları nəzərə almadığını bilsə, şoka düşəcək”.
Bunu erməni politoloq Stepan Danielyan deyib.
Onun sözlərinə görə, bu təkliflərin qəbulu müharibənin mahiyyəti və nəticəsini dəyişə bilərdi.
“Paşinyan niyə təkliflərdən imtina etdi?”, - S.Danielyan öz-özünə sual verir. Ardınca isə mümkün səbəb kimi ABŞ-ın mövqeyini irəli sürüb.
“Con Bolton (ABŞ prezidentinin keçmiş milli təhlükəsizlik müşaviri - red.) 2018-ci ildə Ermənistana səfəri zamanı İran sərhədinin bağlanmasını qarşısına vəzifə kimi qoyub. O, erməniləri stereotiplərdən əl çəkməyə çağırıb və bildirib ki, ABŞ Ermənistanın və ermənilərin Türkiyəyə münasibəti ilə maraqlanır. Yəni, bu, onlar üçün vacibdir. Bolton Ermənistanda hakimiyyətə gəlişini dəstəkləmək üçün indiki hakim rejimin ödəməli olduğu nəticəni göstərib. Bu, 2018-ci ildə hakimiyyət dəyişikliyi zamanı olan şərt idi”, - S.Danielyan əlavə edib. \\Report

Tarix: 27 sentyabr 2022
Baxış: 430

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş