Redaktor seçimi
    Mömünə Xatun türbəsi ətrafında yarımçıq tikili... - Naxçıvan İH-dən açıqlama
Xəbər lenti
Reklam
On dörd gündən sonra nəşi tapılan şəhid DƏFN EDİLDİ - FOTO

Sentyabrın 12-13-də Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alan zaman şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Elvin Elçin oğlu Abdullayevin nəşi 14 gündən sonra neytral zonadan çıxarılaraq doğulduğu Neftçala rayonuna gətirilib və şəhər qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, hərbçilər, ictimaiyyət nümayəndələri və rayon icra hakimiyyətinin rəsmiləri iştirak ediblər.
Qeyd edək ki, 2003-cü il təvəllüdlü Abdullayev Elvin Elçin oğlu Bankə qəsəbəsində doğulub. Hərbi xidməti başa vurmasına bir aydan da az vaxt qalıbmış.
Ailədə bir bacı, bir qardaş olublar.
Allah rəhmət eləsin!


Redaktor.Az

Tarix: 27 sentyabr 2022
Baxış: 344

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş