Redaktor seçimi
    Mömünə Xatun türbəsi ətrafında yarımçıq tikili... - Naxçıvan İH-dən açıqlama
Xəbər lenti
Reklam
KTMT Ermənistana QARŞI: Rusiya Paşinyanın Zası qəbul etməməsinə necə CAVAB VERƏCƏK? - ƏTRAFLI

Paşinyanın KTMT baş katibini qəbul etməməsi həm Ermənistanda, həm də təşkilata üzv dövlətlərdə birmənalı qarşılanmayıb. Paşinyan isə ölkəsində səfərdə olan KTMT-nin baş katibi Stanislav Zasla görüşməkdən imtina edərək, Rusiyanın bir nömrəli düşməni sayılan NATO-nun baş katibi Yens Stoltenberqlə bir araya gəlib. Belə olan halda onsuzda Paşinyana əsəbi olan Rusiya və KTMT-nin Ermənistana qarşı daha ciddi tədbirlər görəcəyi ehtimalı gündəmə gəlir.
Mövzunu Konkret.Az-a şərh edən politoloq Fikrət Sadıqov bildirib ki, KTMT-nin Rusiyanın özündə bir çox resursları var: “Paşinyan yaddan çıxarır ki, dəmiryol şəbəkəsi, enerji xətləri, hərbi baza və digər əhəmiyyətli strateji obyektlər Ermənistandadır. Yəni Rusiya Ermənistanın boynuna çoxdan ip salıb. Görünür ermənilər bunu ya dərk edə bilmirlər, ya da qulaq ardına vururlar. 44 günlük müharibə də Rusiyanın özünü Ermənistanın müttəfiqi kimi aparmadığını göstərdi. Sərhəddəki son toqquşmalar da bunu təsdiq etdi. Faktiki olaraq nə KTMT, nə Rusiya, nə Belarus, nə də ki, digər ölkələr Ermənistanı dəstəkləmədi. Çünki hamı Azərbaycanın haqlı mövqedən çıxış etdiyini görür. Birmənalı şəkildə bizim tərəfimizdən çıxış etməsələr də, faktiki olaraq reallığı dərk edib anlayırlar”.

Fikrət Sadıxov | Qərbi Kaspi Universiteti

Politoloq əlavə edib ki, Paşinyan KTMT-yə müəyyən iradlarını bildirərək əvvəldən Qərblə yaxınlaşmaq istəyir: “Əgər Qərb ona real kömək edirsə və Ermənistana hərbi sursat göndərirsə, o zaman rəsmi İrəvanın Qərblə yaxınlaşması başadüşüləndir. Ancaq bütün bu sadalananlar real deyil. Odur ki, aralarında inciklik olsa da, Ermənistanın KTMT-dən çıxması İrəvan üçün ciddi problemlər yarada bilər. Belə ki, Təşkilatın Ermənistana qarşı resursları ciddi şəkildə işə salması İrəvanı çətin vəziyyətə qoyacaq. Resurslar isə kifayət qədər ciddidir”.

Müşviq Tofiqoğlu

Tarix: 27 sentyabr 2022
Baxış: 323

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş