Redaktor seçimi
    Mömünə Xatun türbəsi ətrafında yarımçıq tikili... - Naxçıvan İH-dən açıqlama
Xəbər lenti
Reklam
Səfərbərlikdən yayınmaq üçün ruslar fantastik - məbləğ ödəyirlər
Rusiya Prezidenti Vladimir Putinin ötən həftə ölkədə qismən səfərbərlik elan etməsi rus xalqında panika və narahatlığa səbəb olub.
Bundan sonra Rusiya vətəndaşları viza tələb etməyən Türkiyə, Azərbaycan və Ermənistana qaçmaq üçün həm hava limanı, həm də şəxsi avtomobiləri ilə sərhədlərə axın ediblər. Çox bahalı təyyarə biletlərinə belə pul xərcləyən hərbi xidmətə yararlı ruslar belə biletlər tapa bilmədikdə daha çox xərcləməkdən çəkinmirlər.
Rusiya vətəndaşlarının şəxsi təyyarə kirayə etdikləri ortaya çıxıb. Bunun üçün 27 min dollar pul verən ruslar kirayə etdikləri təyyarələr ilə yuxarıda qeyd edilən 3 ölkəyə qaçırlar.
Şəxsi təyyarə kirayə verən şirkətlər onlara tələblərin son günlərdə artdığını bildiriblər. Belə təyyarələrdə bir oturacağın qiyməti 21 min 500 dollarla 27 min dollar arası dəyişir.
“Gün ərzində normalda 50 tələb gəlirdi, lakin indi bir gündə 5 min insan bizə müraciət edir. İndi baş verənlər tam bir dəlilikdir”, - deyə “Your Charter” şirkətinin direktoru Yevgenıy Bikov bildirib.\\Qafqazinfo
Tarix: 27 sentyabr 2022
Baxış: 327

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş