Xəbər lenti
Reklam
Rusiya-Ukrayna müharibəsi 2025-ci ilə qədər davam edəcək – ŞOK PROQNOZ

Rusiya-Ukrayna müharibəsi artıq nəinki döyüşən tərəflərə, hətta Qərbə və bütün dünyaya ciddi ziyan vurub. Amma buna baxmayaraq ABŞ və Qərb Ukraynanı silahla təmin etməyə və müharibəyə sürükləməyə davam edir. Eləcə də Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Kremli daha da qıcıqlandırır və bu da müharibənin qızışmasına səbəb olur. Rusiya isə Qərbi qazla təhdid edərək hərbi əməliyyatları dayandırmır. Dünya isə qıtlıq və bahalaşmadan əziyyət çəkir. Bəs görəsən müharibə nə vaxtadək davam edə bilər? Prosesin uzanması dünyaya nə vəd edir?

Mövzunu Konkret.az-a şərh edən politoloq Tural İsmayılov Rusiya-Ukrayna müharibəsinin tezliklə bitməyəcəyi ilə bağlı hələ münaqişə yeni başlayarkən proqnoz verdiyini deyib: “Hesab edirəm ki, müharibənin bitməyindən danışmaq çox tezdir. Bu müharibədə müxtəlif dövrlərdə qısa fasilələr baş versə və lokal xarakterli atəşkəslər olsa da, geniş anlamda döyüşlər tezliklə yekunlaşmayacaq. Çünki müharibənin bitməsi üçün Rusiya aqressiyasının dayanması lazımdır. Donetsk və Luqanskda qondarma bir bölgənin yaradılması və Krımın Rusiya ərazisi kimi tanınması fonunda Ukrayna və Qərb arasında sərhəd yaratmaq cəhdləri indiki halda reallaşmayacaq. Çünki bu məsələlər Ukraynanın Qərb və NATO-ya inteqrasiyasını daha da sürətləndirir. ABŞ-da qəbul edilən Lend-liz haqqında qanunla Avropa ölkələrinin və Amerikanın Ukrayna ilə sıx əməkdaşlığı başladı və bu, Rusiyanın planlarının suya düşməsi ilə nəticələndi. Ukraynanın NATO və Qərbin hərbi strukturları ilə inteqrasiyası daha da dərinləşdi. Ona görə də, Rusiya-Ukrayna münasibətlərinin post-müharibə dövründə nizamlanması mərhələsi çox uzun müddət davam edəcək”.

Tural İsmayılov yazır: "İntellektual çöküş erməni ideoloji boşluğunun  lokomotivi rolunda"

Politoloq əlavə edib ki, müharibədən sonra dünyada baş verən ekoloji problemlərin tətiklədiyi inflyasiyalar və qiymət bahalaşmaları daha da üst səviyyəyə çatacaq: “Rusiya-Ukrayna müharibəsinin 2025-ci ilə qədər davam etməsi ehtimalı çoxdur. Bütövlükdə isə nə Rusiyada, nə də Ukraynada yaxın perspektivdə hakimiyyət dəyişikliyi gözlənilmədiyindən müharibənin davamlı olacağı proqnozlaşdırılır”.

Müşviq Tofiqoğlu

Tarix: 10 sentyabr 2022
Baxış: 445

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş