Ermənistanda müxalif deputatlar parlamenti BAYKOT ETDİ
Ermənistanda müxalifət fraksiyası parlament sessiyalarında iştirak etməkdən imtina edib.
Bu barədə müxalif “Hayastan” fraksiyasının bəyanatında bildirilir.
“Əminik ki, hakimiyyət dəyişikliyi zəruri şərtdir və bu halda ancaq ölkəmizin qarşısında duran problemləri həll etmək, sınaqlardan çıxmaq, məğlubiyyət səhifəsini bağlamaq və rüsvay olunmuş vəziyyətdən azad olmaq olar. Ermənistan özünü dünyaya məğlubiyyət və rüsvayçılıq simvolu olan sima ilə təqdim edə bilməz. Yalnız Ermənistanın maraqlarını təmsil edən yeni danışıqlar aparan şəxs real və ləyaqətli sülhü təmin edə və ölkəmizi inkişaf yoluna apara bilər. Bu səbəbdən, “Hayastan” fraksiyası yeni bir dəyişikliyə qədər Milli Məclisin sessiyalarında iştirak etməkdən imtina edir”, - deyə bəyanatda qeyd ounur. \\Unikal
Tarix: 09 sentyabr 2022
Baxış: 413
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş