Xəbər lenti
Reklam
Müdafiə Nazirliyi məlumat yaydı

Azərbaycan snayperləri hədəfləri sərrast atəşlə məhv edib.

Bu barədə Gender.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, İran İslam Respublikasının Yəzd şəhərində keçirilən "Snayper həddi" müsabiqəsi davam edir.

Avqustun 25-də müsabiqənin üçüncü mərhələsi üzrə tapşırıqlar yerinə yetirilib. Mərhələnin ilk çalışmasının tələblərinə uyğun olaraq komanda şəklində fəaliyyət göstərən snayperlərimiz 300-600 metr məsafədə peyda olunan hədəfləri sərrast atəşlə məhv ediblər.

Növbəti çalışma zamanı birinci snayper cütlüyü 150-200 metr aralıqda olan hədəfə atəş açılması, eləcə də silahlarla 300 metrlik məsafənin qaçaraq dəf edilməsi tapşırıqlarını yerinə yetiriblər. Daha sonra ikinci snayper cütlüyü 300-600 metr məsafədə peyda olan xüsusi hədəfləri məhv etməkdə bacarıqlarını nümayiş etdiriblər.

Müsabiqə iştirakçıları qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirir.

Tarix: 25 avqust 2022
Baxış: 394

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş