Qazaxıstan Rusiyanın “Sputnik V” peyvəndinin istehsalından imtina etdi
Qazaxıstan Rusiyanın “Sputnik V” adlı koronavirus peyvəndinin istehsalını dayandırıb.
Gender.az xəbər verir ki, bu barədə Qazaxıstan Səhiyyə Nazirliyi yanında Dərman Siyasəti İdarəsinin rəhbəri Bauırjan Cusipova məlumat verib.
O qeyd edib ki, hazırda respublika Rusiya dərmanının yeni partiyalarına ehtiyac hiss etmir.
Onun sözlərinə görə, eyni zamanda ölkə özünün “QazVac” vaksinin istehsalını artırır.
Cusipov həmçinin bildirib ki, Qazaxıstan hazırda ABŞ-ın “Pfizer” vaksininin yeni partiyasının alınması ilə bağlı danışıqlar aparır.
Tarix: 22 iyul 2022
Baxış: 515
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş