Xəbər lenti
Reklam
Zelenski yaxın dostunu vəzifədən kənarlaşdırdı

Prezident Volodimir Zelenski uşaqlıq dostu olan Ukrayna təhlükəsizlik xidmətinin rəhbəri İvan Bakanovu vəzifəsindən kənarlaşdırıb.
Ölkə başçısı, həmçinin digər yaxın müttəfiqi - Baş prokuror İrina Venediktova ilə yollarını ayırıb. Buna səbəb kimi isə onların Rusiya casusları ilə mübarizədə uğursuzluqları əsas gətirilib.
Zelenski Təhlükəsizlik Agentliyinin və prokurorluğun 60-dan çox məmurunun Ukraynaya qarşı casusluq etdiyini diqqətə çatdırıb. Prezident vurğulayıb ki, əlavə olaraq hüquq-mühafizə orqanlarına qarşı dövlətə xəyanət ittihamı ilə 651 cinayət işi açılıb.
“Bütün bunlar həmin qurumların müvafiq rəhbərləri ilə bağlı ciddi suallar yaradır” - deyə, Zelenski qeyd edib.
Zelenski müharibədən əvvəl tez-tez dostlarını vəzifəyə təyin etdiyi üçün qınaqlarla üzləşib. Prezidentin uşaqlıq dostu olan Bakanov televiziya karyerası ərzində onun media biznesini idarə edib. Zelenskinin prezidentlik kampaniyasına rəhbərliyi də Bakanov edib. Hüquqşünas İrina Venediktova isə Zelenski siyasətə başladığı gündən onun yaxın adamına çevrilib. \\Baku Post

Tarix: 18 iyul 2022
Baxış: 357

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş