Xəbər lenti
Reklam
İqtisadçı: Aİ- 92-də bahalaşa bilər - “Taksi və ictimai nəqliyyatda qiymətlər artacaq”
 
95 və 98 markalı benzinin qiymətindəki artımdan sonra taksi qiymətlərində dəyişiklər müşahidə olunub. Sosial mediada 92 markalı benzin də qalxacaqsa, ictimai nəqliyyat və taksilərin qiymətində daha kəskin artım müşahidə olunacağı deyilir.
95 və 98 markalı benzindən istifadə edən avtomobillərin VİP taksi xidməti göstərdiyini deyən iqtisadçı-ekspert Fuad ibrahimov bildirib ki, bahalı markalı avtomobillərin göstərdiyi xidmətdə dəyişiklik ola bilər:

"Kütləvi şəkildə nə ictima nəqliyyatda, nə də,taksi xidmətlərində 95 və 98 markalı benzinlə işləyən daşıma vasitələrindən istifadə edilir. Dünyada neftin bahalaşması ilə əlaqədər fikirlər söylənilir ki,92 markalı benzin də, bahalaşa bilər. Lakin karbohidrogen ehtiyatları ilə zəngin Azərbaycan indiki vəziyyətdə buna getməməlidir.

2021-ci ilin yanvar ayında da,bu proses baş vermişdi.Həmin zaman Nazirlər Kabineti açıqlama vermişdi ki, kənd təsərrüfatı sektorunda və daşınmada heç bir qiymət artımı olmayacaq.

Amma bunun əksi müşahidə olundu. Əgər yanacağın qiymətində artım olarsa, o zaman təbii şəkildə həm taksi xidmətlərində, həm də ictimai nəqliyyatda bahalaşma olacaq.

Bahalaşma olmasa da, əlavə xərclər özəl şirkətlərin və dövlətin üzərində olacaq. Yanacağın bahalaşması daşımaya da təsir edəcəyi üçün zəncirvari şəkildə bir çox məhsulların da qiyməti qalxacaq". \\AZİNFORM.AZ

Tarix: 15 iyul 2022
Baxış: 420

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş