Xəbər lenti
Reklam
Zaqatala hava limanı niyə işləmir? - Deputatdan açıqlama

“Mən və deputat həmkarlarım Zaqatalada hava limanın işləməməsi ilə bağlı məsələni dəfələrlə qaldırılıblar. Seçicilərimizlə görüşdüyümüz zaman da bu məsələ qaldırılır, çünki həqiqətən də çox vacibdir. Zaqatala və Balakən rayonlarının həm də turizm üçün çox əlverişli rayonlar hesab edildiyini nəzərə alsaq, əlbəttə ki, hava limanın işləməsi inkişafa böyük xidmət edər, büdcəmizə müəyyən gəlir gətirmiş olar”.

Gender.az bildirir ki, bunu Pravda.az-a açıqlamasında 111 saylı Zaqatala-Balakən seçki dairəsinin deputatı Kamilə Əliyeva deyib.

Deputat qeyd edib ki, Zaqatala istiqamətində təyyarə uçuşlarının açılması üçün onların rentabelli olması vacib şərtdir: “Uçuşların rentabelli olması üçün ilk növbədə qiymətlər münasib olmalıdır. Yəni qiymətlər insanlar üçün əlverişli və əlçatan şəkildə müəyyən olunmalıdır. Sabah Zaqatalaya təyyarə reysləri açılarsa və burada gün ərzində 7-8 adam uçuş edərsə, bu rentabelli hesab olunmayacaq və yenidən uçuşların bağlanmasına səbəb olacaq. Ona görə də bunlar hamısı nəzərə alınıb ölçülüb biçilməli və qiymətlər insanların məmnun qalmasını təmin edərək müəyyənləşdirilməlidir”.
Tarix: 15 iyul 2022
Baxış: 407

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş