Xəbər lenti
Reklam
Aİ-95 markalı benzinlə bağlı yeni xəbər – “Bir neçə ay sonra...”

Ötən gün qiyməti 1 manat 60 qəpikdən 2 manata yüksəldilən Aİ-95 premium markalı benzinin mütəmadi olaraq bahalaşması prosesinə yaxında son qoyula bilər. Çünki Azərbaycan yaxın zamanlarda “Aİ-95” premium markalı benzin istehsal edəcək.
Heydər Əliyev Adına Neft Emalı Zavodunun modernləşdirmə prosesində iştirak edən işçilərdən birinin Bakupost.az–a verdiyi məlumata görə, artıq işlər yekunlaşmaq üzrədir. Planlaşdırıldığı kimi, 2022-ci ildə zavodun modernləşdirilməsi prosesi tamamlanacaq. Məlumata görə, işlərin yekunlaşmasına az qaldığı üçün mövsümi işçilər işdən azad edilir. Yanvardan etibarən işçilərin azaldılması prosesi gedir, 200-dən çox işçi ilə yollar ayrılıb.
SOCAR ilin sonundan, ən pis ehtimalla isə 2023-cü ilin əvvəlindən etibarən, yenidən Aİ-95 premium markalı benzinin istehsalına başlayacaq. Bundan sonra isə benzinin bahalaşması gözlənilmir. Çünki indiyə kimi yüksək keyfiyyətli yanacağın bahalaşmasına dünyada neft qiymətlərinin artması, Azərbaycanın isə Aİ-95 premium markalı benzini xaricdən idxal etməsi səbəb göstərilirdi.
Xatırladaq ki, SOCAR şirkəti vaxtilə Aİ-95 premium markalı benzin istehsal edib. Lakin bir neçə il öncə istehsal dayandırılıb. Həmin vaxt şirkət daha keyfiyyətli məhsul istehsal etmək istədiyini elan etmişdi.

Aysel

Tarix: 13 iyul 2022
Baxış: 418

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş