Xəbər lenti
Reklam
Deputatdan haqlı qınaq:“Hər kəsin övladı vətənə borcunu yerinə yetirməlidir”

Vətən müharibəsi qazısı Elvin Cəfərov özünü yandıraraq intihar edib. O, intihardan əvvəl video yayıb. Mərhum qazi icra başçından şikayətlənib. Onu qəbul etmədiyini bildirib. Elvinin yas mərasiminə qatılan başçı Cabbarov Siraqəddin Nəcəf oğlu bütün iddiaları yalanlayıb.

Hərbi ekspert Ədalət Verdiyev “Facebook” hesabında yazıb ki, adıçəkilən icra başçısı əsgərlikdə də olmayıb:
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Cabbarov Siraqəddin Nəcəf oğlunu şəxsən tanımıram. Bir dəfə də olsun onunla görüşməmişəm. Bioqrafiyasına baxdım, 30 ildir icrada çalışır, onun 14 ilini başçı vəzifəsindədir.
Ailəsindən də kiminsə 1-ci və 2-ci Qarabağ müharibəsində demirəm, hətta səngərdə xidmət etdiyini düşünmürəm.
Nə qədər ki, Vətənə əsgər kimi xidmət etməyənlər, Vətən uğrunda döyüşməyənlər, Vətənin çətin anında həyatı ilə risk etməkdən çəkinənlər yüksək vəzifələrdə təmsil olunacaqlar, problemlər də bitməyəcək".

Millət vəkili Fazil Mustafa bildirib ki, hər bir 18 yaşına çatmış və yaxud möhlət hüququ olmayan şəxs hərbi xidmət keçməlidir:

"İstər mənim, istərsə də başqasının övladı, hər kəsə aiddir. Deputat daxil kiminsə xüsusi imtiyazı yoxdur. Kimsə dolayı yolla övladını hərbi xidmətə getməkdən saxlayır, bu artıq o şəxsin mənəvi məsələsidir. Təkcə deputat deyil, ayrı-ayrı şəxslər də edə bilir. Müxtəlif variantlara əl atanlar da var. Lakin yalnız deputatın və ya vəzifəli şəxsin oğluna şamil edilməməlidir. Hamı fərdi qaydada məsuliyyət daşıyır. Hər kəsin övladı Türkiyədə olduğu kimi vətənə borcunu layiqincə yerinə yetirməlidir. Vətəndən, ordudan, şəhiddən, qazidən danışırıqsa, övladımızın prosesdə vicdanla xidmət göstərməsini təmin etməliyik". \\Sherg.az

Tarix: 13 iyul 2022
Baxış: 360

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş