Xəbər lenti
Reklam
Erməni analitik: “Azərbaycan və Türkiyə Moskvanın gizli köməyi ilə müəyyən addımlar PLANLAYIR”

“Bu gün bütün dünya Ukraynadan uzaqlaşaraq Şri-Lankada baş verənləri izləyir. Biz hamımız bilirik ki, Şri-Lankanın iqtisadiyyatında böyük problemlər var. Ölkədə misli görünməmiş inflyasiya hökm sürür, fərdi şəxslərə benzin satışı qadağandır, məktəblər bağlanır, ərzaq çatışmır və onu xaricdən almağa pul yoxdur”.
Bu barədə “Armenianreport”da dərc edilən məqalədə yazılıb. Müəllif Şri-Lankada baş verənlərdən misal çəkir və ardınca prosesləri Ermənistana yönəldir: “İndi gəlin ölkəmizin reallıqlarına baxaq. Artıq bir aydır ki, toplaşan müxalifət indiki iqtidarı ittiham edərək lənətlər yağdırır. Baş nazir Nikol Paşinyan özü də müharibədə uduzduqdan sonra xalqa müraciət etməli və istefa verməli idi. Amma etmədi. Çünki müharibədə məğlub olan Paşinyan anladı ki, emosiyalar səngiyəcək və o, hakimiyyəti əlində saxlayacaq. Paşinyan və komandası hər şeyi düzgün hesablayıb. Onlar növbədənkənar parlament seçkilərində çoxluğun dəstəyini qazanıblar. İndi də Paşinyanın reytinqi Ermənistanda istənilən siyasətçinin reytinqindən yüksəkdir” – müəllif vurğulayıb.
Daha sonra məqalə bu cümlələrlə davam edir: “Şübhəsiz ki, hakimiyyətə qarşı iddialar artacaq. Çünki sosial-iqtisadi böhran daha da dərinləşəcək. Həyat daha da pisləşəcək və çətinləşəcək. Bundan başqa, Azərbaycan və Türkiyə Zəngəzur dəhlizi məsələsində Moskvanın gizli köməyi ilə müəyyən addımlar atmağı planlayır. Bütün bunlar Ermənistanda vəziyyəti daha da çətinləşdirir. Amma bu dəqiqə xalq hakimiyyətin dəyişməsini dəstəkləmir. Hakimiyyətin dəyişməsini dəstəkləməyin necə olduğunu biz hamımız Şri-Lanka nümunəsində gördük” – müəllim məqaləsini yekunlaşdırıb. \\KONKRET.az

Tarix: 12 iyul 2022
Baxış: 380

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş