Xəbər lenti
Reklam
Araik Qarabağda 100 ev tikir: görənlər şoka düşdü - FOTO

Azərbaycanın Qarabağ iqtisadi zonasının bir hissəsində məskunlaşan rus sühlməramlılarının himayəsində fəaliyyətlərini davam etdirməyə çalışan separatçılar bu gün növbəti dəfə rüsvay olublar.
Erməni mediası baş separatçı-terrorçu Araik Arutyunyanın "Qarabağda 100 ev" təşəbbüsü ilə keçmiş Əsgəran rayonu (hazırkı Xocalı) ərazisində inşa edilən evlərə baxış keçirdiyini yazıb.
Tikinti ilə "tanış olan" Arutyunyan evlərin sürətli inşasından razılığını bildirib. Bu qanunsuz evlərdə ermənilərin gətirilərək məskunlaşdırılması düşünülür.
Ancaq sisoal şəbəkələrdə ermənilər bu tikililərin hansı keyfiyyətdə aparmasına diqqət çəkiblər. Məlum olub ki, evlər nazik kartondan tikilir və üstü suvarılır. Yəni bu evlər hətta taxtadan da deyil, adi qalın "dik"dəndir.
Erməni sosial şəbəkə istifadəçiləri bunu Arutyunyanın tikinti adı ilə milyonlarla vəsaiti çırpışdırmasının əyani sübutu adlandırıblar.
Qeyd edək ki, Ermənistan bu il Qarabağda yaşayan 27 min erməniyə 288 milyon dollar vəsait ayırmaqla bağlı qərar verib. Bu vəsaitin böyük hissəsinin mənimləniləcəyini erməni ekspertləri qeyd edirlər və bildirirlər ki, Qarabağdakı qanunsuz qurum daim erməni siyasətçilərin büdcə vəsaitlərini yemək üçün istifadə etdiyi yer olub.

Məqaləyə dair fotomateriallar:





Axar.az
Tarix: 04 iyul 2022
Baxış: 405

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş