Xəbər lenti
Reklam
Qazın qiyməti kəskin ARTDI – Bu gündən etibarən…

Norveç Neft və Qaz Assosiasiyasından verilən açıqlamaya görə, ölkədəki energetika işçilərinin əksəriyyətini təmsil edən həmkarlar ittifaqları maaşlarla bağlı razılığa gələ bilmədikləri üçün tətil keçirəcəklər.
Sabah üç dəniz obyektində tətil başlayacaq və həll tapılmasa, iyulun 6-da daha üç sahədə iş dayandırılacaq.

Bu yataqlarda tətilin başlaması ilə ölkənin təbii qaz hasilatı gündəlik neft ekvivalentində 292 min barrel azalacaq. Bu, təbii qaz ixracında 13 faiz azalma deməkdir.
Digər tərəfdən, neft hasilatında gündəlik 130 min barel itki olacağı hesablanır.
Avropa üçün əhəmiyyətli təbii qaz tədarükçüsü olan Norveçin verdiyi açıqlamadan sonra təbii qazın meqavat saat qiyməti bu gün saat 12.15-də əvvəlki bağlanışla müqayisədə yüzdə 6,8 artaraq 157 avroya yüksəlib. \\Gundem.az
Tarix: 04 iyul 2022
Baxış: 298

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş