Redaktor seçimi
    "Putin hədələdi, Finlandiya geri çəkildi – Nə baş verir?" - TURAN RZAYEV
Xəbər lenti
Reklam
Polkovniklərin bahalı mülkü: görün nələr aşkar edildi...

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) bank idarəsinin sabiq rəis müəvini, polkovnik Dmitriy Frolovun və onun tabeliyində olan polkovnik  Andrey Vasilyevin çox bahalı əmlakı aşkar edilib.
Təhlükəszilik orqanının əməkdaşları ilə bağlı Moskva hərbi qarnizon məhkəməsində gedən prosesdə Baş prokurorluğun rəyi  əsasında onların əmlakına həbs qoyulub. Prokurorluq bu əmlakların qeyri-qanuni gəlirlə əldə edildiyi qənaətindədir. 
Belə ki, araşdırma nəticəsində polkovnik Frolovun Milan yaxınlığındakı Komo gölü ətrafında 4 milyon avro dəyərində dördmərtəbəli “premuim-klass” malikanəsinin olduğu bəlli olub. Onun evinin tikintisində ən bahalı mərmər növü olan karrar mərmərindən, mebellərinin kənarı qızıldan yığılıb. Təkcə vanna otağındakı asılqanın qiyməti 2500 avro dəyərindədir. Florovun müdafiəçisi isə deyib ki, malikanə onun atası tərəfindən alınıb.
Polkovnik Vasilyevin isə nə az, nə çox  təkcə Moskva vilayətində 200 torpaq sahəsi, evlər, qeyri-yaşayış təyinatlı tikililər aşkar edilib. Onun mülklərinin siyahısı 9 səhifə yer tutub. O özü isə hazırda Nikolina Qora elit qəsəbəsindəki evində ev dustağı şəraitində yaşayır. 
Polkovniklər Moskvadakı tikinti şirkətlərindən dələduzluq yolu ilə pul almaqda ittiham olunurlar. \\Ölkə.Az

Tarix: 21 iyun 2022
Baxış: 333

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş



{sape_links}{sape_article}