Xəbər lenti
Reklam
Putin: "Ölkə ya suveren, ya da müstəmləkə ola bilər"

"Müasir dünyada dövlətlər ya suveren, ya da müstəmləkə ola bilər, aralıq dövlət yoxdur".
Bunu Rusiya Prezidenti Vladimir Putin gənc sahibkarlarla görüşündə deyib.
"Dünya sürətlə dəyişir. Və bir növ liderliyə iddialı olmaq üçün hər hansı bir ölkə, xalq, etnik qrup öz suverenliyini təmin etməlidir” - Putin bildirib.
Onun sözlərinə görə, müstəmləkələrin sərt geosiyasi mübarizədə sağ qalmaq şansı yoxdur.
"Əgər bir ölkə və ya bir qrup ölkə suveren qərarlar qəbul edə bilmirsə, o, artıq müəyyən dərəcədə müstəmləkədir və müstəmləkənin belə sərt geosiyasi mübarizə şəraitində yaşamaq üçün tarixi perspektivi, şansı yoxdur", - Rusiya lideri qeyd edib. \\Report

Tarix: 09 iyun 2022
Baxış: 658

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş