Redaktor seçimi
    Cinayəti etiraf edən oğrular həbs edilmədi - MASALLI POLİSİ OĞRULARLA ƏLBİR OLDU
Xəbər lenti
Reklam
Köçəryan hakimiyyətə gəlsə bu əraziləri Azərbaycana "qaytaracaq" - Rusiya müharibəni uduzsa...


"Serj Sarkisyan, Seyran Ohanyan tərəfindən səsləndirilən revanşist bəyanatların böyük bir hissəsi siyasi pafosdur".
Gender.az bildirir ki, bunu Milli.Az-a açıqlamasında siyasi analitik Turab Rzayev deyib.


O bildirib ki, bir çox sıravı erməni var ki, Azərbaycanla, Türkiyə ilə sülh müqaviləsinin imzalanmasını, düşmənçilik münasibətinin bitməsini, normal iqtisadi-siyasi münasibətlərin yaranmasını Ermənistan üçün təhdid olaraq görürlər:
"Onlar çalışırlar ki, bu cür pafoslu fikirlərlə, belə populist çıxışlarla Ermənistan cəmiyyətini aldatsınlar və Paşinyanı devirməyə nail olsunlar. Çünki hazırda Nikol Paşinyanın Azərbaycanla sülh danışıqlarına görə onun əleyhinə böyük bir koalisiya yaranıb. İndi həm müxalifət partiyaları, həm xaricdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını istəməyən dövlətlər, - hansı ölkələr ki, qorxurlar öz "rıçaq"larını, təsir vasitələrini itirərlər, - onlar Paşinyanın əleyhinə çıxış edirlər. 
Bundan başqa Ermənistan cəmiyyətində Serj Sarkisyanın və ondan da çox R.Köçəryanın başçılıq etdiyi cinayətkar "Qarabağ klanı" hazırda yenidən hakimiyyəti Paşinyanın əlindən geri almağa çalışır, hakimiyyət itkisi ilə barışmır. Və bundan əlavə erməni cəmiyyəti özü də kifayət qədər şovinist, faşist ruhda tərbiyə olunur. Bir çox sıravı erməni var və yaxud da başqa təşkilatlarda birləşən ermənilər, onlar Azərbaycanla, Türkiyə ilə sülh müqaviləsinin olmasını, düşmənçilik münasibətinin bitməsini, normal iqtisadi-siyasi münasibətlərin yaranmasını Ermənistan üçün təhdid olaraq görürlər. Çünki onlar üçün Ermənistanın gələcəyi Azərbaycanla Türkiyəyə nifrət üzərində qurulub.
Onlar sülh müqaviləsinə qarşı çıxırlar. Biz bundan sonra görürük ki, Paşinyan məcbur olub, artıq Beçlikada, Hollandiyada sülh prosesindən kənar, uzaq açıqlamalar verdi.

Burada iki məqam var:

I. Sarkisyan və Köçəryanın başçılıq etdiyi "Qarabağ klanı" populizmdən daha çox yerli erməni əhalisini Paşinyana qarşı qaldırmaq və dövlət çevrilişi etmək üçün istifadə edirlər. Amma ola bilsin ki, onlar hakimiyyətə gələcəkləri təqdirdə əgər həmin xarici qüvvələr, - hansı ki, Ermənistanla Azərbaycan arasında sülh olmasını istəmirlər, - o qüvvələrin təhriki ilə Azərbaycana qarşı təxribatlar, cəbhə xəttində gərginlik baş versin.
II. Mən əminəm ki, istər indiki halda olsun, istər bu revanşist qüvvələr hakimiyyətə gəldikdən sonra, Azərbaycanın siyasi, hərbi üstünlüyü o qədər üstündür ki, Sarkisyanın, Köçəryanın və yaxud bir başqasının rəhbərlikdə olmasından asılı olmayaraq Azərbaycana hücum edib, hər hansı bir uğur qazanacağını düşünmürəm. Hətta ola bilsin ki, əgər Ukrayna ilə müharibədə Rusiyanın zəifləməsi sürətlə davam edərsə, yekun nəticədə biz hətta Ermənistandakı bu revanşist meyillərindən istifadə edərək Qarabağın işğalda qalan hissəsini də işğaldan azad edək. Əgər Rusiyanın Ukraynadakı zəifləməsi ilə Ermənistanda revanşistlərin hakimiyyətə gəlməsi üst-üstə düşəcəksə, bu, əslində bizim əlimizə oynayan faktor da ola bilər".
Tarix: 12 may 2022
Baxış: 50

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş



{sape_links}{sape_article}

[an error occurred while processing the directive]