Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
"Ermənilər azərbaycanlı əsgərlərə qarşı işgəncələri videoya çəkiblər" - DÖVLƏT DEPARTAMENTİ

İkinci Qarabağ müharibəsi dövründə azı yeddi azərbaycanlı hərbçi erməni qoşunları tərəfindən işgəncələrə, amansız, qeyri-insani və ya alçaldıcı davranışlara məruz qalıb.

Bu barədə ABŞ Dövlət Departamentinin hesabatında deyilir.

Qeyd olunur ki, üç amansız davranış faktı videoya çəkilib.

“Hadisələrin birində amansız davranış zərərçəkənin ölümünə səbəb ola bilərdi. Davamlı döymələr, tibbi yardımdan və digər ehtiyaclardan imtina, şahidlərin təsvir etdiyi və ya videoya çəkilən amansızlıq, alçaltmalar erməni qoşunları tərəfindən Cenevrə konvensiyalarının kobud şəkildə pozulması deməkdir”, - hesabatda deyilir.

Dövlət Departamenti vurğulayır ki, işgəncə qadağalarının pozulması Ermənistan Cinayət Məcəlləsinə görə də ağır cinayətdir.
Həmçinin, hesabatda vurğulanır ki, səkkiz videoçarxda həlak olmuş azərbaycanlı əsgərlərin meyitləri təhqir olunur, onların əmlakları erməni hərbçiləri tərəfindən oğurlanır.

Eyni zamanda, ABŞ Dövlət Departamenti erməni hərbçilərinin iki azərbaycanlı əsgəri güllələməsinin videotəsdiqinin olduğunu da qeyd edir.

Hesabatda deyilir ki, həlak olanların əmlaklarının oğurlanması ilə bağlı ittihamlar mütləq araşdırılmalıdır. Dövlət Departamenti qeyd edir ki, 2020-ci ilin dekabrında Azərbaycan rəhbərliyi erməni hərbçilərin ikinci Qarabağ müharibəsi dövründə silahlı münaqişələr zamanı beynəlxalq humanitar hüququn kobud şəkildə pozması ittihamı ilə bir sıra cinayət işləri açıb. \\Trend

Tarix: 14 aprel 2022
Baxış: 305

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş