Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
"Lalofa" dələduzlarına aldanmayın! - DİN ƏHƏMİYYƏT VERMİR
                                    Sabunçu rayonu, Zabrat qəsəbə sakini Talıbov Kamran Yusif oğlu redaksiyamıza müraciət edərək, dələduzluğa məruz qaldığını bildirib. O "lalafo" elan saytında "iphon" markalı telefonu gördükdən sonra, sözügüdən elandakı whatsapp nörməsinə yazıb. Qiymətdə razılaşdıqdan sonra, həmin şəxs rayonda olduğunu bildirərək, pulun kart hesabına göndərilməsini istəyib. Dələduzluq edən şəxs pul kart hesabına göndəriləndən sonra, Kamran Talıbovun əlaqə nömrəsini bloklayıb:

"Telefon almaq istəyirdik. İstədiyimiz telefonu "lalofa" elan saytında tapdıq. "İphon" markalı telefonu gördük. "055 474 74 36" saylı whatsapp adresinə yazmağımızı istədi. Özünü Fəridə kimi təqdim edən qızla danışığımızda telefonu 400 azn-ə razılaşdıq. O bildirdi ki, Astara rayonunda qalıram. Pulu "kapital" bank kartı vasitəsilə göndərək. Telefonu isə bizə taksi vasitəsilə göndərməklə bağlı razılaşdıq. 400 azn-i göndərdiyi kart hesabına daxil etdik. Pulu daxil edəndən sonra həmin şəxs nömrəni bloka atdı. Başqa nömrələrdən yazdıq. Eyni ssenariylə müxtəlif şəxslərdən bu cür vasitələrlə pul alır. Əlimizdə dələduzluq edən qızın səsyazıları və göndərdiyi kart hesab var. Mesajlar da dəlillər sırasında daxildir. Bu şəxs bizi aldadıbsa, eyni ssenariylə müxtəlif şəxslərə qarşı dələduzluq edib".

Əlində sübutların olduğunu deyən Kamran Talıbov, ərazi üzrə polis idarəsinə müraciət etsə də, polis məsələni araşdırmaqda maraqlı olmayıb:

"Sabunçu rayon polis şöbəsinə müraciət etdik. Əlimizdə sübutlar ola-ola polis işi araşdırmaqda maraqlı olmadı. Daha sonra "102" zəng xidmətində müraciət etdim. Şikayətimi qeydə aldılar. Lakin hələ ki, həmin şəxs dələduzluq əməlini davam etdirməkdədir".

"Hürriyyət.az" olaraq eksperiment aparmaq qərarına gəldik. Biz də sözügedən elandakı "055 474 74 36" saylı whatsapp adresinə yazdıq. Bizə və ayrı-ayrı nömrələrə də eyni ssenariylə, rayonda qaldığını bəhanə edərək, kart hesabına pul göndərməyiz istənildi. Onu da qeyd edək ki, özünü müxtəlif adlarla təqdim edən şəxs, hər alıcıya da müxtəlif rayonarda olduğunu deyir.

Daxili İşlər Nazirliyinin sosial şəbəkə hesablarına da bu cür dələduzluq faktları ilə üzləşmiş şəxslər tərəfindən çoxsaylı müraciətlər daxil olur.  Hörmətli Daxili İşlər Naziri cənab Vilayət Eyvazov, sizdən xahiş edirik ki hazırda baş vermiş hadisə ətraflı araşdırılsın. Müxtəlif vətəndaşlara qarşı edilən dələduzluq əməli davam etməkdədir. Əgər elan saytları dələduzluq əməli üçün vasitə kimi istifadə edirlirsə, konkret həmin şəxsə qarşı tədbir görülməlidir. Ümid edirik ki, hüquq-mühafizə orqanları hazırda olan faktlarla sözügedən dələduzluq əməlini törədən şəxs və ya şəxsləri tezliklə aşkarlayacaq və həmin şəxslər qanunla cəzalandırılacaq.

 Sözügedən kart hesabını və danışıqları sizə təqdim edirik.
               
                                                                  

                                               
YƏHYA


Tarix: 24 mart 2022
Baxış: 347

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş