Rayonda DƏHŞƏT - YARALILAR VAR
Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində iki minik avtomobili toqquşub.
Qəza nəticəsində Bakı şəhər sakinləri - 1969-cu il təvəllüdlü Rəhimova Gülnarə İdris qızı, 1996-cı il təvəllüdlü Rəhimova Leyla Natiq qızı və 1969-cu il təvəllüdlü Məhərrəmova Sədaqət Aydın qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar əvvəlcə Salyan Mərkəzi Rayon Xəstəxanasına aparılıblar, daha sonra Bakı şəhərindəki xəstəxanalardan birinə köçürülüblər.
Faktla bağlı araşdırma aparılır.\\Bizim.Media
Tarix: 23 mart 2022
Baxış: 236
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş