Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Geomaqnit qasırğası ilə bağlı rəsədxanadan AÇIQLAMA
Ötən gün ölkə ərazisində Günəş fəallığı çox aşağı səviyyə təşkil edib.
Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, Günəş diski ləkəsiz olub. Bundan başqa, 2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində normal səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalıb.
Hesabat dövründə Günəş küləyi parametrlərində güclənmə müşahidə olunub.
Məlumata görə, geomaqnit sahə, son 24 saat ərzində ümumən sakit olub.
Günəş küləyi parametrlərinin hazırki rejimin qalacağı proqnozlaşdırılır. 13 iyul tarixində isə Günəş küləyinin sakit rejimə geri dönəcəyi gözlənilir.
Proqnoz dövründə (11-12 iyul) geomaqnit sahədə həyəcanlaşmaların davam edəcəyi proqnozlaşdırılsa da, 13 iyulda effektin təsirinin zəifləməsi ilə nisbi sakit şəraitə qayıdacağı istisna edilmir. Maqnit qasırğasının yaranması ehtimalı 11 iyulda 10%-dən, 12 və 13 iyulda 5%-dən aşağı qiymətləndirilir. \\Trend
 
Tarix: 11 iyul 2019
Baxış: 21380

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş