Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Şadlıq sarayının sahibi HƏBS OLUNDU

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən şadlıq sarayında karantin rejiminin tələblərinin pozulduğu toy məclisi müəyyən olunub.
Yoxlamalar zamanı rayonun Hacıallı kəndində yerləşən “Atabəy” şadlıq sarayında keçirilən toy məclisində karantin qaydalarının pozulduğu aşkar edilib.
Qayda pozuntusu ilə əlaqədar restorana cavabdeh olan Təbriz Əlizadə barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə o, 8 gün müddətinə inzibati qaydada həbs edilib. \\Ölkə.Az

Tarix: 09 fevral 2022
Baxış: 236

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş