Dünya İrs Komitəsinin 43-cü sessiyasında Şimali Makedoniya və Albaniyaya məxsus “Ohrid regionunun təbii və mədəni irsi”nin Dünya İrs Siyahısına daxil edilməsinə dair müzakirələr davam edib.
Tarixi Yerlərin və Abidələrin Mühafizəsi üzrə Beynəlxalq Şuranın (ICOMOS) və Təbiətin Mühafizəsi naminə Beynəlxalq Birliyin (IUCN) məruzəçiləri Şimali Makedoniya və Albaniyanın coğrafi ərazisinə daxil olan Ohrid gölü və yarımada ilə bağlı hesabat xarakterli çıxışlar edib.
Bildirilib ki, dəmiryolunun çəkilməsi, turizmin geniş inkişafı ilə əlaqədar regionda təbii fəlakət və mədəni abidələrin məhvi təhlükəsi yarana bilər.
Macarıstan təklif edib ki, hər iki üzv dövlət birlikdə çalışsın və gələn il Ohrid gölü və ətrafının Təhlükə Vəziyyətində olan Abidələrin Siyahısna daxil edilməsi üçün təklif hazırlasınlar. Məsələ ətrafında Norveç, Çin, Braziliya, Küveyt nümayəndələri çıxış etdilər. Qərar layihəsi bir sıra düzəlişlərdən sonra qəbul edildi.
Şimali Makedoniya və Albaniya nümayəndələri çıxış edərək bununla üzv ölkələrə təşəkkür ediblər.
Bununla da sərhəd bölgəsində yerləşən müxtəlif modifikasiyalı iki ölkəyə məxsus müştərək irsin müzakirəsi başa çatıb.
Sonrakı nominasiya qarışıq irsə (mədəni və təbii) aid olub. Belə ki, Braziliyanın təqdim etdiyi “Parati – Mədəniyyət və biomüxtəliflik” nominasiyası müzakirəyə çıxarılıb.
ICOMOS nümayəndəsi bildirib ki, bura endemik quşların məskən saldığı zonanı əhatə edir:
“Təbii resurslarla zəngin, biomüxtəlifliyi ilə seçilən bir yerdir. Yaqurların sıx yaşadığı zonadır. Ərazi Braziliyanın Rio-de-Janeyro şəhərinin cənub hissəsində, San-Paulu şəhəri yaxınlığında yerləşir. İki min hektara yaxın ərazidir. Burada 5 komponent mövcuddur. Onlarınn hamısnın nəzərdən keçirilməsi vacibdir”.
Təbiətin Mühafizəsi naminə Beynəlxalq Birliyin (IUCN) nümayəndəsi də bu ərazinin Dünya İrs Siyahısına daxil edilməsinin tövsiyə olunduğunu bildirb. Qeyd olunub ki, bu ərazinin əhalisi XVI əsrdə bura gələn avropalılar və qul kimi gətirilən afrikalılar tərəfindən formalaşdırlıb.
Hesabat dinlənildikdən sonra Qvatemala, Çin, İspaniya və digər ölkələrin təmsilçiləri arzu və təkliflərini bildirib. Braziliyanı belə bir addım atdığı üçün təqdir edilər.
Braziliyanın nominasiyası ciddi müzakirələr olmadan Dünya İrs Siyahısına daxil edilib.
Parati şəhəri Braziliyadan ilk qarışıq irs nümunə olaraq siyahıya daxil edildi. Bununla da 43-cü sessiyada qarışıq abidə siyahısına salınacaq mülkiyyətlərin müzakirəsi başa çatdı.
Braziliya nümayəndəsi və Parati şəhərinin rəhbərliyi çıxış edərək 10 ildən artıqdır bu qovluq üzərində işləyidiklərini bildirib.
Bununla qarışıq irs nominasiyasının da müzakirəsi başa çatıb.
Daha sonra mədəni irsə malik abidələrin müzakirəsi başlayıb. Afrikanın yeganə nominasiyası – Burkina Fasonun qədim polad metallurgiya abidələri Dünya İrs Siyahısna qəbuil olunub.
Daha sonra İraq ərazisində yerləşən tarxi Babil şəhərinin Dünya İrs Siyahısına daxil edilməsinə dair müzkirələr başlayıb. Bu istiqamətdə olduqca gərgin müzakirələr aparılıb. İştirakçıların fikirləri haçalanıb, konsensusa gəlmək mükün olmayıb, hətta Babilin Dünya İrs Siyahısına deyil, Təhlükəli Vəziyyətdə olan Abidələrin Siyahısına daxil edilməli olduğuna dair çağırışlar səsləndirilib.
İraq nümayəndə heyəti bir neçə dəfə çıxış edib. İraqın mədəniyyət naziri Abdulameer Madhi çıxış edib. O, iştirakçılarıl bəşəriyyətin ilk sivilizasiya məskənlərindən biri olan Babil şəhəri və Mesopotomiya ilə bağlı qərara səs verməyə çağırıb. Bu istiqamətdə hələ ötən əsrin 80-ci illərindən iş apardıqlarını, lakin müharibələrin bu işi başa çatdırmağa imkan vermədiyini bildirib. Nazi tarixi Babil şəhərinin restavrasiyası istiqamətidə İraq hökumətinin 280 milyon dollar pul ayırdığını bildirb.
Nəhayət, qərar bənd-bənd səs qoyulararaq qəbul edilib. Qərarın qəbulu İraq nümayəndə heyətini və onunla həmrəylik nümayiş etdirən Yaxın Şərqin müsəlman ölkələrinin çox böyük coşğusuna səbəb olub. Onlar zalda ayağa qalxaraq İraqın bayrağını qaldırıblar. Digər müsəlman ölkələrnin nümayəndə heyətləri də İraqla həmrəylik nümayiş etdirərərək öz ölkələrinin bayraqlarını dəqiqələr boyunca dalğalandırıb, şəkillər çəkdiriblər. Qərarın qəbulu bütövlükdə iştirakçılarda – zalda canlanma, böyük ruh yüksəkliyinin yaranmasına səbəb olub. \\Teleleqraf.