Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Əlilliyi olan şəxslər üçün 10 yeni reabilitasiya MƏRKƏZİ AÇILACAQ
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişləri üzrə əlilliyi olan şəxslər üçün 10 yeni peşə-sosial reabilitasiya mərkəzinin yaradılması nəzərdə tutulur. 
Bu mərkəzlərdə qeyd edilən kateqoriyadan olan vətəndaşların peşə-əmək reabilitasiyası, onların yeni peşə bacarıqlarına yiyələnmələri, özünüməşğulluğunun, əmək bazarına çıxışının dəstəklənməsi, habelə cəmiyyətə fəal inteqrasiya imkanlarına malik olmalarına şərait yaradılması istiqamətində işlər aparılacaq.
Hazırda Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi fəaliyyət göstərir.
Müasir tələblərə uyğun şəraitin yaradıldığı Mərkəzdə müxtəlif peşələrlə yanaşı, tətbiqi sənət növləri üzrə kurslar da fəaliyyət göstərir. Burada gənclərin sosial reabilitasiyasına, onlarda özünə, öz bacarığına güclü inam hissinin formalaşmasına, yaradıcılıq nümunələrinin cəmiyyətə tanıdılmasına yönəlik də ardıcıl işlər aparılır. \\ 
Medicina.az 
Tarix: 04 iyul 2019
Baxış: 21447

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş