Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
40-dan çox xəstə yanaraq ölə bilərdi...
                                  

Gender.az  xəbər verir ki, Bakı şəhəri, Nizami rayonunda yerləşən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda yanğın baş verib. Azərforum xəbər verir ki, hadisə dünən günorta saatlarında olub.

Şahidləri Oxu.Az-a verdiyi məlumata görə, elektrik naqillərində qısaqapanmadan yaranan yanğında xəstələrin həyatı təhlükə altına düşüb. Hadisə zamanı mühafizə polisi olmasaymış faciə baş verəcəkmiş.

İnstitutda mühafizə işini təşkil edən Daxili İşlər Nazirliyinin Rayon Mühafizə İdarəsinin əməkdaşlarının çevik müdaxiləsi ilə 40-dan artıq xəstə ani çağırışla təxliyə olunub.

Fövqaladə Hallar Nazirliyinin əməkdaşları və polisin birgə səyi nəticəsində ağır xəstələr xilas edilib.
Tarix: 26 yanvar 2022
Baxış: 262

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş